İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İmamoğlu ilə birlikdə həbs olunan Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık da vəzifələrindən uzaqlaşdırılıblar.
Bildirilir ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.