İspaniya millisi ikiqat dünya çempionu oldu – Qaliblərə medalları və kuboku ABŞ və FIFA prezidentləri təqdim etdilər
YENİLƏNİB, VİDEO/ FOTO


ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.

 

Senzor.az bildirir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıblar. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

 **

Dünya çempionlarına qızıl medalları və kuboku ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.

 

Finalda uduzan Argentina yığması isə gümüş medallarla mükafatlandırılıb.

**11:50(19.07.2026)


ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına (DÇ-2026) bu gün yekun vurulacaq.

 

Senzor.az bildirir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq. 

 

Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.  Ona həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Ədham Mahadme yerinə yetirəcək.

 

Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.