Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul meri vəzifəsindən uzaqlaşdırılmış Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmən elan edib.
Senzor.az bildirir ki, bu barədə CHP-nin İnstaqram hesabında paylaşım edilib.
Qeyd edək ki, martın 23-də, İmamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. CHP sədri Özgür Özəl bildirib ki, ilkin seçimlərdə 15 milyona yaxın seçici iştirak edib.