İrəvan Bakı ilə sülh sazişi imzalandıqdan sonra da Aİ missiyası ilə əməkdaşlıq edəcək

 

Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra da, müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədindən çıxmalı olduğu halda belə, Avropa İttifaqının (Aİ) mülki missiyası ilə əməkdaşlıq etmək niyyətindədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

 

"Biz Aİ ilə müşahidəçilərin yeni mandatını müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Biz Avropa müşahidəçiləri ilə işimizi davam etdirmək üçün düzgün model tapa biləcəyik", - o qeyd edib.

 

P.Hovhannisyan, həmçinin bildirib ki, Ermənistan vətəndaşları üçün Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə növbəti danışıqlar raundu apreldə keçiriləcək: "Növbəti mərhələ 2025-ci il aprelin 7-11-nə planlaşdırılıb”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.