Paşinyan: “Qarabağ hərəkatı” erməni dövlətçiliyinin formalaşmasına mane oldu

Ermənistanın baş naziri Nikol Paşinyan vaxtilə Azərbaycan ərazisində separatçılıq alovunu qızışdırmış “Qarabağ hərəkatı”nın Ermənistan dövlətinin quruculuğununda maneə olduğunu bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə martın 26-da parlamentdə "Hökumət saatı"nda danışıb.

 

"Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, “Qarabağ hərəkatı” erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, “Qarabağ hərəkatı” davam etməməlidir", - Paşinyan bildirib.

 

Onun sözlərinə görə, “Qarabağ hərəkatı”nın davam etdirilməsindən imtina məntiqində ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsini mümkün hesab edir.

 

Bununla belə, Paşinyan bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsində tələsmədiyini etiraf edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.