Ermənistan parlamentinin sədri də keçmiş prezidentləri təhqir etdi: “HƏR ÜÇÜ SİYASİ MEYİTDİR!”

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin üç keçmiş prezidentini seçilməmiş üçlük adlandırıb.

 

Bu barədə  yerli mətbuat xəbər yayıb.

 

"Onlar siyasi meyitlərdir. Nə Robert Köçəryan, nə də Serj Sarkisyan prezident seçilib. Levon Ter-Petrosyan da 1996-cı ildə prezident seçilməyib. Onlar seçilməmiş üçlükdür", - Simonyan jurnalistlərlə söhbətində deyib.

 

Baş nazir Nikol Paşinyan parlamentdə son “hökumət saatı” zamanı deyib ki, keçmiş prezidentlər onu təslimçi adlandırırlar. O, növbəti dəfə Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı debata dəvət edib və aqressiv tonda “onları divara sıxacağını” bildirib. Paşinyan iddia edib ki, divardan “siyasi meyitlərin qalıqları qoparılacaq”.

 

Simonyan isə bildirib ki, o, Paşinyanın sözlərini təsdiqləyir. Bundan əlavə, o, keçmiş prezidentlərin ofislərinin Paşinyanın çıxışına cavab verməsi ilə bağlı bildirib ki, sabiq dövlət başçılarının yalnız bir yolu var – debatlar: “Üç keçmiş prezidentdən biri maraqlı debata gedə bilərmi? Biz onları hamımız yaxşı tanıyırıq”, - parlamentin spikeri qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.