Tramp 3-cü dəfə prezident olmaq istəyir:
“ZARAFAT ETMİRƏM!”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, üçüncü dəfə prezident seçilə biləcəyindən danışarkən heç də zarafat etmir.

 

Bu barədə “NBC News” məlumat yayıb.

 

Ölkə Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəyə əsasən, eyni şəxs iki dəfədən çox dövlət başçısı seçilə bilər.

 

“Zarafat etmirəm. Amma bu barədə düşünmək hələ tezdir”, - deyə Tramp bildirib.

 

Tramp üçüncü müddətə Amerika administrasiyasının başında qalmağın bir neçə yolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, belə yollardan biri vitse-prezident Ceyms Devid Vens ən yüksək dövlət postuna seçilir, bundan sonra isə səlahiyyətlərini ona ötürür: “Çoxları bunu etməyimi istəyir. Bununla belə, mən onlara deyirəm ki, qarşımızda hələ çox iş var, biz idarəetmənin ilkin mərhələsindəyik”.

 

Trampın üçüncü müddətə dövlət başçısı seçilməsi üçün ABŞ konstitutsiyası dəyişməlidir. Birinci halda, Konqresdə üçdə iki səs tələb olunacaq. İkinci halda, ştatların üçdə ikisi (50-dən 34-ü) düzəlişlər təklif etmək üçün konstitusiya konvensiyasını çağıra bilər. Hər iki üsul 50 ştatdan 38-i tərəfindən düzəlişlərin sonradan ratifikasiya edilməsini tələb edir.

 

“NBC News” xəbər verir ki, respublikaçıların Senatda və Nümayəndələr Palatasında inamlı çoxluğa malik olmadığını nəzərə alsaq, qurultay variantı onlar üçün daha realdır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.