Ermənistan KTMT-yə ödənişlərdən
İMTİNA ETDİ

Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) büdcəsinə illik ödənişlərlə bağlı ölkənin mövqeyini şərh edib.

 

Senzor.az-ın xəbərinə görə, nazirlik erməni KİV-lərinin rəsmi sorğusuna cavab olaraq İrəvanın müvafiq sənədi imzalamama qərarı barədə təşkilatın katibliyinə məlumat verdiyini təsdiqləyib.

 

"Ermənistan tərəfi KTMT katibliyinə rəsmi olaraq "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı imzalamaqdan və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etdiyi barədə məlumat verib", - deyə XİN-dən bildirilib.

 

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan etmişdi ki, əgər Ermənistan 2025-ci ilin sonuna qədər ödənişi etməsə, KTMT üzv dövlətləri vəziyyətin inkişafının müxtəlif ssenarilərini nəzərdən keçirə bilərlər.

 

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl dəfələrlə ölkənin KTMT çərçivəsində fəaliyyətini dayandırdığını bəyan etmişdi. O, sentyabrda təşkilatı Ermənistan üçün "təhlükəsizlik təhdidi" kimi xarakterizə etmiş və onunla münasibətlərdə geri dönüş nöqtəsinin artıq keçildiyini bildirmişdi.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.