Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi iki Leyborist deputatın ölkəyə buraxmaması və onları saxlamasına görə İsrail hakimiyyətini tənqid edib.
Bu barədə “BBC Nyus” məlumat yayıb.
“Mən İsrail hökumətindəki həmkarlarıma açıq şəkildə bildirdim ki, britaniyalı deputatlara bu cür yanaşmaq olmaz”, - Lemmi bildirib.
Nazir İsrailin bu addımını qəbuledilməz və "dərin narahatlıq doğuran" adlandırıb.
Qeyd edək ki, britaniyalı deputatlar Abtisam Məhəmməd və Yuan Yan İsrailə qarşı "nifrət nitqi" yaymaq niyyətində olduqları iddiası ilə ölkəyə buraxılmayıblar.