Paşinyan tərəfdarlarını Gümrüdəki seçkilər mövzusunu
ŞİŞİRTMƏMƏYƏ ÇAĞIRDI

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərində hakim Vətəndaş Sazişi Partiyasının (VSP) seçkidən sonra partiya yoldaşlarına aydın göstərişlər verib - bu mövzu ictimai şəkildə daha az müzakirə edilsin.

 

Bu barədə hökumət başçısının ətrafındakı mənbələrə istinadən "Iravunq" qəzeti xəbər yayıb.

 

"Həqiqətlə üzləşmək vaxtı gəlib. Həqiqət isə budur ki, baş verənlərin əsas günahkarları sizsiniz", - deyə nəşr Paşinyanın VSP-nin Gümrü şöbəsinin nümayəndələrinə ünvanlanmış sözlərini sitat gətirib.

 

O da vurğulanıb ki, VSP-nin üzvləri də kuluarlarda Paşinyanın mövqeyindən narazılıqlarını ifadə edirlər.

 

"Hər şey onun ucbatından pozuldu, amma o hələ bizi nədəsə günahlandırır", - deyə baş nazirin partiya yoldaşları şikayətlənirlər.

 

Oxu.az xatırladır ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası 30 mart tarixində keçirilmiş Gümrü və Parakar bələdiyyə seçkisinin yekun nəticələrini açıqlayıb. Həmin nəticələrə rə, Gümrüdə VSP Ağsaqqallar Şurasında 14 mandat qazanacaq, ardınca 8 mandatla Ermənistan Kommunist Partiyası gəlir.

 

Armavir vilayətinin Parakar birləşmiş icmasında səsvermənin nəticələrinə görə, VSP "Birlik" blokuna məğlub olub, nəticədə hakim qüvvə 7 mandat, alyans isə 12 mandat qazanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.