Ərdoğan son üç həftədə baş verənlərdən danışdı:
"TÜRKİYƏ BİR DAHA CHP-nin FAŞİST ÜZÜNÜ GÖRDÜ”

Cümhuriyyət Xalq Partiyası (CHP) demokratik əsaslarla siyasətlə məşğul olmayan marjinal bir təşkilat kimi fəaliyyət göstərir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Əyalət Başçılarının Toplantısında deyib.

 

Prezidentin sözlərinə görə, siyasətdə təhqirə, küçə terroruna, vandalizmə, zorakılığa, dağıdıcılığa və xüsusən də küfrə yer yoxdur: "Hazırda baş verənlər Türkiyədə qanunun aliliyinin hakim olduğunun ən konkret göstəricisidir. Siyasətin qanuni kanalları açıq olduğu halda, kimlərsə küçədən kömək istəyirsə, küçəni ünvan kimi göstərirsə, özünü inkar edir. CHP-nin düşdüyü vəziyyət də məhz budur".

 

Ərdoğan son üç həftədə baş verənlərə diqqət çəkib: "Türkiyə bir daha CHP-nin faşist üzünü gördü. Etiraz bəhanəsi ilə başlayan küçə hərəkatı CHP sədrinin şüursuz açıqlamaları ilə millətimizin dincliyini və Türkiyə iqtisadiyyatının qazanclarını hədəf alan hərtərəfli hücuma çevrildi".

 

Türkiyə Prezidenti vurğulayıb ki, CHP-lilər indiyə qədər ictimaiyyətə əks olunanların aysberqin yalnız görünən hissəsi olduğunu yaxşı bilirlər: "CHP rəhbərliyi İstanbulun necə talan edildiyini, rüşvət dövriyyəsinin necə aparıldığını, bundan kimlərin faydalandığını dəqiq bilir. Eynilə CHP sədri və yaxınları cinayət təşkilatının kimə pul ödədiyini, kimin maaş aldığını çox yaxşı bilir. Onların panikasının əsas səbəbi budur. Ona görə də cinayətin qarşısını almağa tələsirlər. Bu ucuz siyasətdir".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.