Bakıda ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı...
KEÇƏN İL HƏBS OLUNMUŞDU

Ərini baltalamaqda təqsirli bilinərək 1 il əvvəl 9 il həbs cəzası alan Lalə İmaşova azadlığa buraxılıb.

 

Senzor.az bildirir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb.

 

Sabunçu Rayon Məhkəməsi Lalənin üç azyaşlı uşaq anası olmasını nəzərə alaraq belə qərar qəbul edib. 

 

Xanım müttəhimin qalan həbsi şərti cəza ilə əvəzlənib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

İttihama görə 30 yaşlı Lalə mübahisə zəminində ərinin başına balta ilə zərbə endirmişdi. O, hökmə qədər azadlıqda idi.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda Laləni ərini qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilib. Hökmə əsasən o, 9 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs edilib.

 

Amma yuxarı instansiyalar cəzanı həddən artıq ağır   hesab edib. Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə, Ali Məhkəmə 4 ilə endirib.

  

Xatırlatma: Əri Ceyhun İmaşov Lalə İmaşovanı 2023-cü ilin yanvarın 20-dən 21-nə keçən gecə birgə yaşadıqları evdə, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, qısqanclıq zəminində döyərək çoxsaylı xəsarətlər yetirib. İstintaqla müəyyən edilib ki, buna səbəb Ceyhunun Lalənin mobil telefonunda gördüyü, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj olub, ər arvadını ona xəyanət etməkdə günahlandırıb. 

 

Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

 

Onu da qeyd edək ki, aparılmış ibtidai istintaq zamanı Lalə İmaşovanın ərinə xəyanət etməsi iddiası təsdiq olunmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.