Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
Senzor.az bildirir ki, bununla 1/4 finalın son 2 iştirakçısı da bəlli olacaq.
Günün ilk oyununda İspaniya millisi
“Edyukeyşn Siti” stadionunda Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Lusail” stadionunda baş tutacaq bu qarşılaşmanı meksikalı hakim Sesar Arturo Ramos idarə edəcək.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.