Şimali Kipr sahillərində batan bərədə
AZƏRBAYCAN VƏTƏNDAŞLARI DA OLUB

Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da olub. Hər ikisi xilas edilib.

 

Bu barədə AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib. Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycan vətəndaşlarının aparıldığı xəstəxanaya şəxsən zəng edib. "Soydaşlarımız artıq ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur", - deyə O.Həsənoğlu bildirib.

 

Cəmiyyət rəhbəri Girnə-Tasucu bərəsində həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib.

 

Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. İndiyə olan məlumata görə, 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.