Nepalda dəhşətli daşqınlar: ÖLƏNLƏRİN SAYI 900-ü ÖTÜB
YENİLƏNİB, VİDEO


Nepalın şimalında daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri keçib, təxminən 4,2 min nəfər itkin düşmüş hesab olunur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

 

"903 həlak olanın meyiti tapılıb", - idarənin hesabatında bildirilir.

 

Məlumata görə, 10 461 nəfər xilas edilib. İtkin düşənlər arasında 592 əcnəbi var.

 

Bundan başqa, hidroenergetika obyektlərinin ən azı 933 işçisi tunellərdə qala bilər.


**11:25(30.08.2026)



Nepalda baş verən dəhşətli daşqınlar nəticəsində həlak olanların sayı 750 nəfəri keçib.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nepalın təbii fəlakətdən zərər çəkmiş rayonlarında 734 nəfərin meyti tapılıb. Daha 2 498 nəfər itkin düşmüş hesab olunur.


Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində isə sel nəticəsində 16 nəfər həlak olub.


Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.

**

Bu arada Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Təşkilatı çərşənbə günü ölkəni bürüyən güclü daşqınlardan sonra fəlakət bölgəsindəki Bhote Koşi çayında suyun səviyyəsinin qalxması barədə xəbərdarlıq edib.


“Rasuva ərazisindəki Bhote Koşi çayının suyunun səviyyəsinin və axın sürətinin artmağa davam etməsi barədə məlumatlar almışıq. Buna görə də axtarış-xilasetmə əməliyyatlarında və yardım işlərində iştirak edən hər kəsi, eləcə də sakinləri ehtiyatlı olmağa çağırırıq", - deyə təşkilatın mlumatında bildirilib.




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.