
Gürcüstandan Moskvaya gedən avtobus Rusiyanın Stavropol diyarında yük maşını ilə toqquşub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Jeleznovodsk şəhərinin İnozemtsevo qəsəbəsi ərazisində baş verib.
Regional Dövlət Yol Müfəttişliyinin məlumatına görə, “Setra” markalı avtobusun sürücüsü sürət həddini aşıb və qarşıdakı KamAZ yük maşını ilə lazımi məsafəni saxlaya bilməyib. Toqquşmadan sonra avtobus yoldan çıxaraq xəndəyə düşüb.
Qəza nəticəsində 5 nəfər hadisə yerində həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılardan beşi uşaqdır.
Yaralılar Pyatiqorskdakı xəstəxanalara aparılıb.