
Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilərək Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin müdafiə sənayesi şöbəsi rəhbərinin birinci müavini təyin olunub.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilib ki, qərar ölkə lideri Kim Çen In-ın rəhbərliyi ilə Koreya Əmək Partiyasının doqquzuncu çağırış Mərkəzi Hərbi Komitəsinin ikinci iclasında qəbul edilib.
Agentliyin məlumatına görə, No Qvan Çxol həmçinin partiyanın mərkəzi rəhbər orqanındakı vəzifəsindən geri çağırılıb və müdafiə sənayesi şöbəsi rəhbərinin birinci müavini təyin edilib.
Şimali Koreyanın yeni müdafiə naziri isə Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi olub.
İclas avqustun 29-da Pxenyanda keçirilib.