Slovakiyanın Baş naziri: Aİ Ukraynadakı münaqişəni dəstəkləməklə səhvə yol verir

"Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəni dəstəkləməklə böyük strateji səhvə yol verir".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso sosial media hesabında yazıb.

 

Aİ-nin daha çox silaha stavka etdiyini bildirən Baş nazir diplomatik həllin vacibliyini qeyd edib: "Avropa İttifaqı silahlara və rusofobiyaya arxalanmaqla böyük səhvə yol verir. Avropada sülh və təhlükəsizlik yalnız Rusiya ilə birlikdə mümkündür, Rusiyasız və ya ona qarşı yox. Aİ-nin bu müharibəni bu dərəcədə amansızcasına dəstəkləməyə davam etməsi məni kədərləndirir".

 

Fitso Rusiya və Çin liderləri ilə görüşdüyünə görə tənqid olunmasını riyakarlıq adlandırıb: "ABŞ xüsusi xidmət orqanlarının və Vatikanın etdikləri çox məntiqlidir. Siyasətçilərin vəzifəsi görüşmək və razılığa gəlməkdir. Bu addımlar Rusiyanın dünya arenasındakı əsas oyunçulardan biri olduğunu göstərir. Münaqişədən isə ən çox ukraynalılar əziyyət çəkir, onlar böyük qurbandır", - deyə Baş nazir vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.