Son illər göstərdi ki, XXI əsrin çağırışlarında multiletaralizm yeni yanaşmaları və tərəfdaşlığı tələb edir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda videomüraciətində deyib.
“Biz bu pandemiyadan dərslər götürməliyik. Yekun nəticədə artıq narahatlıq yaranır ki, dünyada məhz bu məsələlərə diqqətin kifayət qədər olmaması ilə bağlı təhlükə var. Biz yeni səviyyədə beynəlxalq əməkdaşlığı, əlaqələndirilmiş tədbirlərin formalaşdırılmasına çalışmalı və gələcəyimizi bununla sığortlamalıyıq” – videomüraciətdə qeyd olunub.
O qeyd edib ki, səhiyyənin siyasiləşdirilməsi təhlükəlidir:
“Buna qarşı mübarizə aparılmalıdır. Dövlətlər məhz pandemiyaya qarşı hazırlıq və cavab tədbirləri ilə bağlı beynəlxalq məcəllə hazırlayır. Bu, beynəlxalq səhiyyə sistemi üçün çox vacidbir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və nəticədə həmin qaydalar ölkələrin qanunlarına uyğun şəkildə həyata keçiriləcək. ÜST bu və ya digər suverən dövlətlərə müdaxilə etməyəcək. Bu vəsaitlər nəzarətə yönələn yox, sistemin qurulması kimi olmalıdır. Bununla da səhiyyə böhranının qarşısı alınmalıdır. Səhiyyəyə yönələn investisiya dayanıqlı inkişafa xidmət edən meyardır”.