Lənkəranda məktəbli bacı-qardaşın öldüyü qəza ilə bağlı
CİNAYƏT İŞİ AÇILIB

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

APA xəbər verir ki, sözü gedən qəza ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə ötən gün Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində baş verib. Həmin yol ilə hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı, 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onları xilas etmək mümkün olmayıb.

 

Hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.