ABŞ Avropaya silah tədarükünü dayandırır

Amerika Birləşmiş Ştatları hökuməti öz silah ehtiyatlarını bərpa etmək məqsədilə Avropa ölkələrinə bəzi silahların tədarükünü dayandırır.

 

Bu barədə "The Atlantic" jurnalı mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, sentyabrın əvvəlində Pentaqon rəhbərinin müavini Elbric Kolbi Dövlət Departamentinin rəsmiləri ilə söhbətində xarici ölkələrə müəyyən hərbi təchizatın göndərilməsinə ehtiyac görmədiyini bildirib.

 

Xüsusilə, o, Danimarkaya "Patriot" zenit-raket komplekslərinin satışını təsdiqləməyib, çünki bu sistemlər ABŞ-da da kifayət qədər mövcud deyil.

 

Mənbələrin məlumatına görə, Pentaqon çatışmayan silah sistemlərinin siyahısını hazırlayıb və avropalı müttəfiqlərinə onların satışını məhdudlaşdırmağı planlaşdırır. Lakin qadağanın müddəti, siyahıya daxil olan silahların sayı və s. detallar açıqlanmayıb.

 

Xatırladaq ki, iyulun əvvəlində mediada ABŞ-ın Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin, dəqiq idarə olunan GMLRS döyüş sursatlarının, "Hellfire" idarə olunan raketlərinin, "Stinger" daşınan zenit-raket komplekslərinin və digər bir sıra silahların tədarükünü dayandıracağı xəbəri yayılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.