Niderlandda miqrantlar əleyhinə nümayiş toqquşmalarla nəticələndi - VİDEO

Niderlandın Haaqa şəhərində miqrasiya əleyhinə nümayiş polis ilə toqquşmalarla nəticələnib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Haaqanın mərkəzində, Malieveld meydanında keçirilən nümayişdə hökümətin mövcud sığınacaq siyasətinə qarşı şüarlar səsləndirilib. Aksiyanın əvvəlində sakitlik hökm sürsə də, sonradan gərginlik yaranıb.

 

Gərginlik, etirazçıların yaxınlıqdakı A12 magistral yolunu bağlamaq cəhdindən sonra artıb. Polis bildirir ki, asayiş keşikçilərinə daş və şüşə butulkalar atılıb, bir xidməti avtomobil yandırılıb. Polis isə cavab olaraq etirazçılara qarşı su şırnağından istifadə edib.

 

Qeyd edilib ki, Niderland şəhərləri yenidən hökumətə müraciət edərək müvəqqəti qoruma altındakı ukraynalı qaçqınlar üçün yer olmadığını bildiriblər.

 

Eyni zamanda, Niderland hökuməti hesab edir ki, ölkədə işləyən ukraynalılar vergi ödəyir və “maksimum töhfə verirlər”, buna görə onlara Niderlandda daha uzun müddət qalmaq imkanı verilməlidir.

 

Qarşıdurma zamanı xəsarət alanlar və saxlanılanlar olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.