Sentyabrın 20-nə keçə gecə Günəşdə partlayış baş verib.
TASS-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Sentyabrın 20-nə keçən gecə Bakı vaxtı ilə saat 02:41-də 4216 (N07W25) Günəş ləkələri qrupunda rentgen diapazonunda 38 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.