“Zəngəzur dəhlizinin açılması yekun mərhələ olacaq” – ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır.

 

Senzor.az bildirir ki, Türkiyə lideri bu barədə ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada danışıb.

 

“Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır.

 

Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə o qeyd edib.

 

O, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə Zəngəzur dəhlizi məsələsini müzakirə etmədiyini də vurğulayıb: “Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.