İsrail İrana qarşı həyata keçirdiyi hücumlarda müxtəlif növ silahlardan, o cümlədən ABŞ tərəfindən təmin edilən silahlardan istifadə edib.
Senzor.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bu gün keçirdiyi brifinqdə məlumat verib.
“Sionist rejim bizə qarşı ABŞ-dan gətirilən və digər müxtəlif silahlarla hücum edib", - o qeyd edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.