ABŞ Prezidenti Donald Tramp ölkə ordusunun 250 illiyi şərəfinə hərbi paradı qəbul edib.
CNN telekanalı xəbər verir ki, tədbir 79 yaşı tamam olan Trampın ad gününə təsadüf edib.
"Ordu azadlığımızı qoruyur, siz bizi güclü edirsiniz və bu gün axşam bütün amerikalıları qürurlandırdınız", - deyə Tramp bildirib.
O əlavə edib ki, Amerikanın düşmənləri bir daha əmin olurlar ki, əgər Amerika xalqını təhdid etsələr, əsgərlərimiz onlar üçün gələcək və məğlubiyyətləri qaçılmaz olacaq.
Qeyd edək ki, hərbi parad Vaşinqtonda keçirilib. Parada 6 600-dən çox hərbçi, 130-a yaxın tank və 50 helikopter cəlb olunub. Paradda İkinci Dünya müharibəsindən qalma texnika da nümayiş etdirilib.