İsrailin müdafiə naziri İsrael Kats İranın gecə saatlarında həyata keçirdiyi ölümcül hücumlardan sonra Tehran sakinlərini hədələyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"Tehrandan olan təkəbbürlü diktator SAXAL-ı onun potensialını dağıdan hücumların davamından çəkindirmək üçün İsrailin mülki əhalisini hədəf alan qorxaq qatilə çevrilib.
Tehran sakinləri bunun əvəzini çox tezliklə ödəyəcəklər", - deyə İsrailin müdafiə naziri vurğulayıb.