İranın Qum vilayətində, Fordo nüvə obyektinin yerləşdiyi rayonun yaxınlığında 2,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Qum şəhərindən 29 kilometr aralıda olub, ocağı isə 10 kilometr dərindlikdə yerləşib.
Dağıntı barədə məlumat daxil olmayıb.