Xəzərdə çimərlikdə batan iki gəncin meyiti tapıldı
YENİLƏNİB

Şıx çimərliyində batan iki gəncin meyiti tapılıb.

 

Senzor.az bildirir ki, bu barədə FHN-in  Mətbuat Xidmətindən məlumat verilib.

 

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılmışdı.

 

Axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

**13:02

 

Bakı şəhərinin Səbail rayonu ərazisindəki Şıx çimərliyində dənizdə 2 nəfər batıb.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Hazırda batdıqları ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.