Pənah Hüseyn partiya sədrliyindən istefa verdi
FOTO

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının (AXP) sədrliyindən istefa verib.

 

Senzor.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

 

Qeyd edib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həvalə olunub.

 

Xatırladaq ki, Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub.

 

1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyib.

 

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən III çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.

 

P.Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olub, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında sədr seçilib. O, 2005-ci ilin may ayında AXP Siyasi Şurasından və rəhbər orqanlarından istefa verib və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam edib.

 

2012-ci il oktyabrın 8-də AXP-nin II qurultayında yenidən sədri seçilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.