Kobaxidze: Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin üzvlərini Avropa dəyərlərindən uzaqlaşmaqda, respublikada azad mediaya hücum etməkdə, gürcü xalqını vizasız səyahətə qadağa qoymaqla şantaj etməkdə və ölkədə xaos yaratmaq istəməkdə ittiham edib.

 

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

 

Kobaxidze jurnalistlərlə söhbətində bildirib ki, Avropa Parlamentinin üzvləri Gürcüstanda azad mediaya hücum edəndə, Avropa Parlamentində viza liberallaşdırma rejiminin dayandırılması məsələsini qaldıranda bu, Gürcüstan xalqı üçün rüsvayçılıq və şantaj idi.

 

O, mayın 5-də Avropa Parlamentinin Gürcüstanla bağlı hesabatı təsdiqləməsini belə şərh edib. Hesabatda üç Gürcüstan televiziya şirkətinə ("İmedi", "Rustavi 2" və PosTV) sanksiyalar tətbiq edilməsi və Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səyahət etməsi üçün vizasız rejimin mümkün ləğvi müzakirə olunub.

 

Bu hesabata əsasən, Avropa Parlamenti yaxın gələcəkdə Gürcüstanla bağlı daha bir qətnamə qəbul etmək niyyətindədir.

 

Kobaxidze bildirib ki, Avropa bürokratları Gürcüstanda xaos və iğtişaşların olmasını istəyirlər və bunun üçün müxtəlif vasitələrdən, o cümlədən ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı şantajdan istifadə edirlər.(“Teleqraf”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.