Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edib.
O, bu barədə “Tvitter” səhifəsində yazıb.
"Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə gərginliyin davamlı azaldılmasını və Avropa İttifaqının dəstəkləməyə hazır olduğu sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik", - paylaşımda deyilir.