
Avqustun 3-də saat 03:28-də Gürcüstanın cənub-qərbində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Senzor.az Gürcüstan mediasına istinadən bildirir ki, yeraltı təkanlar Məmişli kəndi yaxınlığında, Tsalkadan 20 kilometr, Tbilisidən isə təxminən 60 kilometr məsafədə baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Fəsadlar barədə məlumat verilməyib.