BRICS istehsal həcminə görə G7-ni geridə qoyub - BİRLİK MİQYASI TƏSİRƏ ÇEVİRƏ BİLƏRMİ?
VİDEO

BRICS ölkələri Qərbdən kənarda ilk həqiqi qitələrarası birlik yaradaraq iqtisadi istehsalın həcminə görə “Böyük Yeddilik” (G7) ölkələrini geridə qoyub.

 

Bunu Vaşinqtonun “Məsuliyyətli Dövlətçilik naminə Kuinsi İnstitutu”nun Qlobal Cənub Proqramının direktoru Sarang Şidor “Foreign Policy” jurnalında dərc olunan məqaləsində bildirib.

 

Ekspertin sözlərinə görə, BRICS-in əsas uğurlarından biri inkişafın maliyyələşdirilməsi sahəsində əməkdaşlıqdır. O qeyd edib ki, Yeni İnkişaf Bankı artıq 10 ildir fəaliyyət göstərir və yüksək kredit reytinqlərinə malikdir.

 

Şidor BRICS ölkələri arasında əməkdaşlığın müxtəlif məsələlər üzrə siyasətin daha yaxşı əlaqələndirilməsinə imkan verdiyini və təşkilatın ikitərəfli fikir ayrılıqlarının yumşaldılması üçün platformaya çevrildiyini vurğulayıb. O, 2024-cü ildə Kazanda keçirilən sammiti Hindistan və Çin arasında gərginliyin azalmasına şərait yaradan mühüm platforma kimi qiymətləndirib.

 

Bununla belə, ekspert hazırkı şəraitdə BRICS ölkələrinin vahid mövqe formalaşdırmasının çox çətin olduğunu qeyd edib. Onun fikrincə, genişlənən birlik qarşıdakı illərdə qlobal sistemdə təsirini daha da artıra bilər.

 

Xatırladır ki, növbəti BRICS sammitinin sentyabrın 12-13-də Yeni Dehlidə keçirilməsi planlaşdırılır.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.