
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında məlumat verilib.
“Bişkekdə keçirilən ŞƏT Zirvə Görüşü çərçivəsində Baş nazir Narendra Modi ilə ikitərəfli gündəliyimizlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Azərbaycan Prezidenti paylaşımında qeyd edib.
Həmin paylaşımı təqdim edirik: