
Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Aİ-nin iqtisadi üstünlüklərini itirdiyini bildirib.
“Serbiyalı dostlarımız, indi də burada erməni həmkarlarımız deyirlər ki, biz Avropa İttifaqına daxil olmaq istəyirik. Əminəm ki, onların bu istəyi çox tezliklə yoxa çıxacaq”, - deyə Lavrov vurğulayıb.