ABŞ ordusu PUA-ları yüksək enerjili lazer silah sistemi ilə məhv etmək istəyir:
İSTEHSALLA BAĞLI İLK MÜQAVİLƏ İMZALANDI

ABŞ ordusu pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün yüksək enerjili lazer silah sisteminin istehsalına dair ilk müqaviləni imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq saziş “AeroVironment” (AV) şirkəti ilə yüksək güclü davamlı döyüş lazerinin (E-HEL) istehsalı proqramı çərçivəsində bağlanıb.

 

ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini, general Kristofer La Neve bildirib ki, bu istiqamətləndirilmiş enerji proqramı hərbi bölmələrə pilotsuz sistemlərlə mübarizə aparmağa imkan verəcək.

 

Ordunun məlumatına görə, E-HEL sistemi PUA-ları raketlərlə müqayisədə daha aşağı xərclə məhv edə bilər. Elektrik enerjisi ilə işləyən sistem yüksək enerjili lazer şüası yaradır və bir atəşin maya dəyərinin aşağı olması ilə seçilir.

 

Sistemin stasionar bazalarda, yarıstasionar taktiki mövqelərdə və mobil döyüş maşınlarında yerləşdirilməsi nəzərdə tutulur.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.