Macarıstanın Baş naziri:
BUDAPEŞT UKRAYNANIN Aİ-yə TƏLƏSİK QƏBULUNU DƏSTƏKLƏMƏYƏCƏK

Macarıstanın Baş naziri Peter Macyar Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya Ukraynanın Avropa İttifaqına (Aİ) tələsik qəbulunu dəstəkləməyəcəklərini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Macyar bunu Budapeştdə Koşta ilə görüşdən sonra “Facebook”da yazıb.

 

“Bir daha təsdiqlədim ki, Macarıstan namizəd ölkələrin heç biri üçün Aİ-yə üzvlüyün sürətləndirilmiş prosedurunu dəstəkləmir”, - deyə hökumət başçısı qeyd edib.

 

Macyar, həmçinin Aİ rəhbərliyindən Macarıstana tətbiq olunan gündəlik 1 milyon avro məbləğində cərimənin ləğvi məsələsinin ən qısa zamanda həllini gözlədiyini bildirib.

 

Qeyd edək ki, Aİ Ədalət Məhkəməsi 2024-cü ilin iyununda Macarıstana 200 milyon avro məbləğində birdəfəlik cərimə tətbiq edib və qərarın icrasında hər gecikdirilən gün üçün əlavə 1 milyon avro ödəmək öhdəliyi qoyub. Cərimə Budapeştin Aİ-nin sığınacaq və miqrasiya qaydalarına əməl etməməsi ilə əlaqədar tətbiq olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.