
Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlində fəaliyyət göstərən Rusiya mədəniyyət mərkəzinin bağlanması barədə qərar qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
Qərar Almaniya hökumətinin Rusiya hərbi kəşfiyyatının avqust ayında ölkə ərazisində Ukraynaya məxsus təyyarəyə qarşı PUA və partlayıcı maddədən istifadə etməklə hücum təşkil etməyə cəhd göstərdiyi qənaətinə gəlməsindən sonra qəbul edilib.
“Rusiyanın Bonndakı Baş Konsulluğu sentyabrın 18-dək bağlanacaq”, – deyə Vadeful bildirib.
Nazir, həmçinin Berlindəki “Rusiya evi”nin icarə müqaviləsinin ləğv ediləcəyini açıqlayıb.
Video sonradan əlavə olunub.