Paşinyan: Azərbaycanla dövlətlərarası kommunikasiyalar qurmaq üzərində işləyirik

“Son illərdə Ermənistan Gürcüstan, Çin, Qazaxıstan, ABŞ, Fransa, Niderland, Almaniya, Lüksemburq, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya, Litva və Avropa İttifaqı ilə strateji münasibətlər qurub. Hindistan və İranla münasibətlərimiz isə mahiyyət etibarilə strateji xarakter daşıyır. Hazırda onların rəsmiləşdirilməsi istiqamətində çalışırıq”.

 

Senzor.az bildirir ki, bunları Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı deyib.

 

Baş nazirin sözlərinə görə, Ermənistan çoxvektorlu və balanslı xarici siyasət yürüdür: “Bu strategiyanı hazırlayarkən belə qənaətə gəldik ki, daim münaqişə şəraitində yaşayaraq suveren və müstəqil olmaq mümkün deyil. Bu baxımdan çoxqütblülük özünü məhz yaşadığınız regionda göstərməlidir. Məhz buna görə dost qonşularımız İran və Gürcüstanla münasibətlərimizi möhkəmləndirməklə yanaşı, digər iki qonşumuz - Türkiyə və Azərbaycanla da dövlətlərarası kommunikasiyalar qurmaq istiqamətində irəliləyirik. Bu proses ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması ilə daha da konkretləşdi”.

 

Yeri gəlmişkən, Paşinyan onu da bildirib ki, TRIPP (“Tramp marşrutu”) layihəsinin praktiki icrası ilə bağlı işlər yaxın aylarda yerində başlayacaq: “Bu, təkcə Şərqdən Qərbə, yəni Xəzər dənizindən Aralıq dənizinə yox, həm də Cənubdan Şimala - Fars körfəzini Qara dənizlə birləşdirən yeni nəqliyyat imkanları yaradacaq. Layihənin həyata keçirilməsindən regionun bütün ölkələri faydalanacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.