
İranın ali rəhbəri Müctəba Xamenei 2 577 məhkumun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və dəyişdirilməsinə dair müraciətə müsbət münasibət bildirib.
Bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, Məhəmməd peyğəmbərin və imam Cəfər Sadiqin mövlud günü münasibətilə məhkəmə hakimiyyətinin başçısı Qulamhüseyn Möhsüni-Ejei ali rəhbər Müctəba Xameneiyə məktubla müraciət edib. O, ümumi və inqilabi məhkəmələri, Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı, Dövlət Cinayət Təşkilatı tərəfindən məhkum olunmuş 2 577 nəfər üçün "əfv, cəzanın yüngülləşdirilməsi və dəyişdirilməsi" barədə xahiş edib.
Müctəba Hüseyni-Xamenei məhkəmə hakimiyyətinin başçısına bu məsələ ilə bağlı qərar qəbul etməyi tapşırıb.