
Türkiyə Ordusu tərəfindən Qara dəniz Ereğli, Sakarya Karasu, İstanbul, Karaburun, Türkeli Ləngər Sahəsi və Çatalca bölgələrində su üzərində aşkarlanan şübhəli cisimlər məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Qara dənizdə mina təhdidinə qarşı Hərbi Dəniz Qüvvələri Komandanlığına tabe olan gəmilər və dəniz hava vasitələri ilə kəşfiyyat-müşahidə fəaliyyətləri 7/24 əsasında davam etdirilir", - məlumatda bildirilib.