
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün səfərdə olduğu Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş zamanı gündəlikdə olan məsələlər müzakirə olunub.
Xatırladaq ki, liderlərin Qara dənizdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi də nəzərdə tutulub.
Bu arada görüşlə bağlı Kremlin Mətbuat xidməti də məlumat yayıb. Qeyd olunub ki, görüşün protokol hissəsində Putin Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək olaraq qaldığını söyləyib.
Bildirib ki, 2025-ci ilin yekununa görə, Türkiyəyə təxminən 7 milyon rusiyalı səfər edib.
Putin Rosatom-un 2026-cı ildə Akkuyu AES blokunu işə salacağına əminliyini ifadə edib.
O vurğulayıb ki, Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi məsələlərdə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir.
Türkiyə lideri isə çıxışında Ankara-Moskva münasibətlərinin əvvəlkindən daha yüksək səviyyədə olduğunu söyləyib.
Qeyd edib ki, Akkuyu AES istismara verilməsinin son mərhələsindədir.
Ərdoğan Putinə Akkuyu Atom Elektrik Stansiyasını birgə istismara verməyi təklif edib.