Rusiyanın Stavropol vilayətində İŞİD terror təşkilatı tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb.
TASS bildirir ki, terror aktını hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Onların yaşayış yerlərindən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər və elementlər, habelə məxfi rabitə vasitələri aşkar edilib.
Terrorçuların nəqliyyat infrastruktur obyektində hazırladıqları terror aktı baş tutmayıb.