Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə təklifə müsbət cavab veriblər
“The National” nəşrinin BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünmələri olacaq.
“Hər ikisi iştirak etməyə razılaşdılar. Vəziyyət adi deyil”, - diplomat vurğulayıb.
Məlumatda o da qeyd olunur ki, gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.