Kerç boğazında, Qara və Azov dənizlərində gəmi tıxacı yaranıb.
“RBK Ukraina” xəbər verir ki, buna səbəb Krım körpüsündə baş vermiş partlayış və yanğındır.
Məlumata görə, gəmilərin əksəriyyəti Rusiyaya məxsusdur və onlar Krım yaxınlığında gözləyirlər.
Xatırladaq ki, bu gün Krım körpüsü dağıdılıb. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Rusiya Krım körpüsündəki partlayışı terror adlandırıb.