“Böyük yeddilik” (G7) ölkələrinin liderləri oktyabrın 11-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcəklər.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt deyib.
İclas videoformatda baş tutacaq.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski toplantının başlanğıcında iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Telefon danışıqları zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib
Onu da qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 14 nəfər ölüb, 97 nəfər yaralanıb.