Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Sankt-Peterburqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla danışıqlar aparacaq.
Rusiya mətbuatı ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən bildirib ki, danışıqların təkbətək formatda aparılması planlaşdırılır.
“Report” xatırladır ki, Putinlə Al Nəhyan arasında telefon danışığı mayda olub. Dialoq zamanı Rusiya və BƏƏ liderləri iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd ediblər və tərəflər Rusiya-BƏƏ-nin dostluq münasibətlərinin daha da inkişafına sadiq olduqlarını nümayiş etdiriblər.