Krım körpüsünü partlatmaqda şübhəli bilinən azərbaycanlı və... HƏBS OLUNAN ERMƏNİLƏR
GÜNAHKAR KİMDİR?

Krım körpüsündəki partlayışı törətməkdə şübhəli bilinən azərbaycanlı Mahir Yusubovla bağlı bəzi məqamlar məlum olub.

 

Lent.az xəbər verir ki, Mahir Yusubov əslində Krasnodarda yaşamırmış.

 

O, illər öncə Azərbaycandan Rusiyanın Kazan şəhərinə köçüb. M.Yusubov 3 uşaq atasıdır və bəzi Rusiya KİV-lərində deyildiyi kimi radikal islamçı deyil.

 

Yaxınlarının bildirdiyinə görə, o, donuz ətindən istifadə edir və spirtli içkilər içməyi xoşlayır. M.Yusubov Tatarıstanda meyvə-tərəvəz alveri ilə məşğul olur. Özünün anbarları, satış nöqtələri var imiş.

 

O, bundan başqa bir sıra yük maşınlarını da icarəyə verirmiş. Qonşularının dediyinə görə, nümunəvi ailə başçısıdır. Bütün tanışları onu müsbət və xeyirxah bir adam kimi xarakterizə edirlər.

 

Daha bir məlumata görə, yük maşını Armavir şəhərindən Krımın Simferopol şəhərinə meyvə aparırmış. Buna görə sifarişçilərdən 48 min rubl (1300 manat) pul alıb. Ehtimal olunur ki, yolda meyvə boşaldılaraq yerinə partlayıcı maddələr yüklənib.

 

Bu arada musavat.com "Caliber"ə istinadən  Krım körpüsündə baş verən partlayışla bağlı ilk məhbusların adlarının artıq məlum olduğunu yazıb. Bunlar partlayıcı ilə doldurulduğu iddia edilən yükü qəbul edib - göndərən,  Armavirdən olan şirkətin əməkdaşlarıdır: Samvel Azatyan, onun oğulları Georgi və Artyom, həmçinin işçi Yuri Postnikov.

 

Rusiya istintaq orqanlarının məlumatına görə, “Aqro Biznes” şirkəti Armavirdə təhlükəli yükləri qəbul edib. Firma soya emalı ilə məşğuldur və Vorovskogo küçəsində yerləşir. MMC-nin sahibi Makeevki qeydiyyatlı Georgi Azatyan və atası Samveldir. Ailənin kiçik oğlu Artyom isə hüquqşünasdır. Sonuncu bu yaxınlarda daha yaxşı həyat axtarmaq üçün Simferopola gedib. Məlum hadisələrdən bir müddət əvvəl o, atası Samvelə zəng edərək, dostuna məxsus olduğu iddia edilən bir günlük yükü qəbul etməsini xahiş edib.

 

Georginin sözlərinə görə, bu barədə ona məlumat verməyi unudublar və o, xarici nömrəli furqonun mövcudluğunu maşın oraya gələndən sonra bilib. Anbarda çox yer var imiş. Sürücü iş adamına bir dəstə veksel uzadıb, amma anbardar onlara baxmadan imza atmaqdan imtina edib. Ertəsi gün Mahir Yusubovun idarə etdiyi “İnter” anbara daxil olub. Onların arasında heç bir əlaqə olmayıb, yeganə uyğunluq yükün (fura) dövlət qeydiyyatında olması olub...

 

Georginin iştirakı ilə yükləməni şirkətin traktorçusu Yuri Postnikov mexaniki yükləyicinin köməyi ilə həyata keçirib. Oktyabrın 8-də isə xüsusi xidmət orqanlarının əməkdaşları anbarda olublar. İstintaq hərəkətləri bir gün davam edib. Bütün iştirakçılar dindirilib, Yurinin işlədiyi əlcəklər və işçilərin telefonları götürülüb. 9 oktyabr gecə isə istintaq hərəkətləri üçün hər kəs Simferopola aparılıb. Artyom Azatyan orada saxlanılıb...

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.