Krım körpüsünün partladılmasına görə 9 nəfər saxlanılıb
ARALARINDA ERMƏNİSTAN VƏTƏNDAŞI DA VAR

Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.

 

Yerli KİV bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

 

Məlumatda partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib.

 

Qeyd olunub ki, partlayışla bağlı istintintaq davam etdirilir. Bildirilib ki, partlayışı törədənlər, hadisənin törədilməsində iştirakçı olanlar, o cümlədən bu hadisə ilə əlaqəsi olan xarici ölkə vətəndaşları Rusiya qanunvericiyilinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

 

Mərkəzdən bildirilib ki, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

 

“Report” xatırladır ki, oktyabrın 8-də Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə Rusiyanı birləşdirən körpüdə partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin bunu “terror aktı” adlandırıb. Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.